Azərbaycan prezidentinin iştirakı ilə Zaqatala aeroportunun açılışı olub

Azərbaycan prezidentinin iştirakı ilə Zaqatala aeroportunun açılışı olub
# 19 sentyabr 2008 15:57 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dövlət başçısı Daxili Qoşunların Zaqatalada inşa edilən hərbi hissəsinə baxış keçirib, daha sonra Heydər Əliyev adına Parkda Heydər Əliyevin abidəsini ziyarət edib. Parkda Heydər Əliyev muzeyinin açılışı olub.

Bundan başqa, prezident İ. Əliyev Zaqatalada yeni tikilmiş stadionun və aeroportun açılışına qatılıb. Ölkə başçısı Zaqatala aeroportunun açılışında çıxış edib. Daha sonra o, Zərifə Əliyeva adına parkın, və “Qafqaz” otelinin açılışlarına qatılıb. Ölkə başçısı rayonda Diaqnostika Mərkəzinin, Zərifə Əliyeva adına Texniki Fənlər Liseyinin açılışında, Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən 36 mənzilli 4 mərtəbəli binanın orderlərinin verilməsi mərasimində də iştirak edib.

Zaqatalaya səfərini başa vuraraq, Qax rayonuna gedən prezident İ. Əliyev burada parkın, Heydər Əliyev Muzeyinin açılışında iştirak edib. Ölkə başçısının iştirakı ilə Qaxda yeni İdman Kompleksinin təməl qoyma mərasimi də keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR