Bolqarıstan-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

Bolqarıstan-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək
# 26 sentyabr 2008 16:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Sentyabrın 29-30-da Sofiya şəhərində Bolqarıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 3-cü iclası keçiriləcək. APA-nın Bolqarıstan Nəqliyyat Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iclasda ticarət, sənaye, sərmayə qoyuluşu, kiçik və orta biznesin inkişafı, nəqliyyat, enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və turizm sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq. Komissiyanın həmsədrləri Abid Şərifov və Pyotr Mutafçiyev Bolqarıstan prezidenti Georgi Pırvanovla birlikdə Plovdiv şəhərində Texniki Yarmarkanın açılışına da qatılacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR