Parisdə “Prezident seçkiləri ərəfəsində Azərbaycan – geostrateji məkan” mövzusunda dəyirmi masa keçiriləcək

Parisdə “Prezident seçkiləri ərəfəsində Azərbaycan – geostrateji məkan” mövzusunda dəyirmi masa keçiriləcək
# 27 sentyabr 2008 10:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Sentyabrın 30-da Parisdə “15 oktyabr 2008-ci il prezident seçkiləri ərəfəsində Azərbaycan - geostrateji məkan” mövzusunda dəyirmi masa keçiriləcək. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən APA-ya verilən məlumata görə, tədbir Strateji və Diplomatik Araşdırmalar Mərkəzi Məzunlarının Assosiasiyası (ACEDS), Avropada Təhlükəsizlik və Gələcək İnstitutu (İPSE), Müdafiə və Təhlükəsizlik naminə Ali Milli Müdafiə Elmləri İnstitutunun Assosiasiyalar Birliyi (UNİON-İHEDN), Ali Təhlükəsizlik Araşdırmaları Milli İnstitutunun dinləyiciləri (ANA-İNHES), Ural Atlantik Kolleci və Üsyanlar üzrə Observatoriyanın birgə əməkdaşlığı nəticəsində təşkil olunacaq. Tədbirdə Fransanın Azərbaycandakı ilk səfiri Jan Perren, Fransanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Loik Buvar, Azərbaycanda 2005-ci ildə keçirilmiş parlament seçkilərində müşahidəçi olmuş Patrik Dombrovski, “Total” şirkətinin nümayəndəsi Alen Przibiz, deputat Fransua Lonkl, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev və digər şəxslər iştirak edəcək. Dəyirmi masada 4 mövzu müzakirəyə çıxarılacaq: “Azərbaycan dünən və bu gün”, “Azərbaycan geostrateji məkan kimi”, “Azərbaycanda demokratik inkişaf”, “Azərbaycan prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin nöqteyi-nəzəri”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR