Elmar Məmmədyarov Kondoliza Raysla görüşüb

Elmar Məmmədyarov Kondoliza Raysla görüşüb
# 28 sentyabr 2008 10:18 (UTC +04:00)
Dünyada və xüsusilə regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi edilib. Hər iki ölkənin xarici siyasət idarələrinin başçıları bölgədə sülh və sabitliyin bərqərar olması ilə bağlı səylərin əsirgənilməməsinin vacibliyini vurğulayıblar. ABŞ dövlət katibi Azərbaycanın regionda vacib rol oynadığını da qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb. Azətbaycan XİN başçısı münaqişənin yalnız beynəlxalq hüquq norma və prinsipləri, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bir daha vurğulayıb.

E. Məmmədyarovla K. Rays enerji təhlükəsizliyi məsələsi ilə bağlı da müzakirələr aparıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR