Xocalı faciəsi haqda həqiqətlər müsəlman ölkələrində dərsliklərə salınacaq

Xocalı faciəsi haqda həqiqətlər müsəlman ölkələrində dərsliklərə salınacaq
# 08 oktyabr 2008 14:48 (UTC +04:00)
Azərbaycan XİN-dən APA-ya verilən xəbərə görə, forum Xocalı qırğını haqqında məlumatların İslam Konfransı Təşkilatına üzv ölkələrin ali təhsil məktəblərinin dərsliklərinə salınması haqqında təklif irəli sürüb. Toplantıda çıxış edən İKT Gənclər Forumunun üzvləri qurumun mədəniyyətlərarası dialoq üzrə koordinatoru Leyla Əliyevanın irəli sürdüyü “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında da ətraflı məlumat verərək bu kampaniyanın 2009-2012-ci illərdə üzv ölkələrdə həyata keçirilməsinin vacibliyi bildiriblər. Hər iki təklif bu gün başa çatan konfransın yekun qətnaməsində əksini tapıb. Qətnamə bildirilir ki, İKT ermənilərin törətdikləri Xocalı (1992) və Van (1915) qətliamları haqqında həqiqətlərin ali təhsil dərslikləri vasitəsilə yayımlanmasını dəstəkləyir və “Xocalıya ədalət” beynəlxalq kampaniyasını 2009-2012-ci illərdə üzv ölkələrdə prioritet kimi qəbul edir. Bu kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər vasitəsilə çatdırılmasını nəzərdə tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR