Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik xidmət orqanlarında vakant diplomatik vəzifələri tutmaq üçün müsabiqə elan edib

Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik xidmət orqanlarında vakant diplomatik vəzifələri tutmaq üçün müsabiqə elan edib
# 14 oktyabr 2008 11:58 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin diplomatik xidmət orqanlarında vakant diplomatik vəzifələri tutmaq üçün müsabiqə elan edib. Bu barədə APA-ya XİN mətbuat xidmətindən məlumat verilib. Müsabiqədə iştirak etmək istəyən namizədlər “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında diplomatik xidmətə müsabiqə vasitəsi ilə qəbul qaydaları”nda qeyd olunan sənədləri Xarici İşlər Nazirliyinin Müsabiqə Komissiyasına təqdim etməlidir. Namizədlər bu qaydalarla müsabiqə komissiyasında və ya XİN-in internet səhifəsində tanış ola bilərlər. Sənədlər cari il oktyabrın 20-dən noyabrın 12-dək hər gün (bazar günü istisna olmaqla) saat 10.00-dan 17.00-dək Xarici İşlər Nazirliyində qəbul olunur. Müsabiqədə ali təhsilli, sənədlər təqdim edildiyi gün yaşı 28-dən artıq olmayan, xarici dili sərbəst bilən, diplomatik vəzifələrdə işləmək üçün beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər sahələrində xüsusi biliklərə malik olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Müsabiqəni müvəffəqiyyətlə keçən şəxslər altı ay müddətinə stajçı kimi diplomatik xidmətə götürülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR