QDİƏT ölkələri sahibkarlarına və peşəkar sürücülərinə lisenziya verilməsi prosedurunun sadələşdirilməsi barədə saziş imzalanıb

QDİƏT ölkələri sahibkarlarına və peşəkar sürücülərinə lisenziya verilməsi prosedurunun sadələşdirilməsi barədə saziş imzalanıb
# 24 oktyabr 2008 11:47 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Albaniyanın paytaxtı Tirana şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının yığıncağı keçirilib. APA-nın məlumatına görə, yığıncaqda QDİƏT ölkələri sahibkarlarına və peşəkar sürücülərinə lisenziya verilməsi prosedurunun sadələşdirilməsi barədə saziş imzalanıb. Toplantıda ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və təşkilatın işinin effektivliyinin artırılması məsələləri də müzakirə edilib. Təşkilatda sədrlik Albaniyadan Ermənistana keçib.

Qeyd edək ki, toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR