Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının iclasının vaxtı dəyişdirilib

Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının iclasının vaxtı dəyişdirilib
# 04 noyabr 2008 10:18 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanla İordaniya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın iclasının vaxtı dəyişdirilib. Bu barədə APA-ya Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı məlumat verib. O bildirib ki, daha əvvəl iclasın noyabrın 4-5-də keçirilməsi nəzərdə tutulsa da, Azərbaycan hökumətinin tərkibində baş verən dəyişiklikdən sonra yığıncağın tarixini dəyişmək qərarlaşdırılıb. Səfir iclasın ilin sonuna qədər baş tutacağını istisna etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR