Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Polşaya gedib

Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Polşaya gedib
# 10 noyabr 2008 09:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Polşa Respublikası yaranmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün bu ölkəyə gedib. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, nümayəndə heyəti noyabrın 12-dək Varşavada olacaq və yubileylə əlaqədar keçiriləcək tədbirlərə qatılacaqlar. Səfər çərçivəsində Polşa rəsmiləri və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər nəzərdə tutulub. Bu görüşlərdə parlamentlərarası, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR