Türkmənistan xarici işlər nazirinin müavini bu gün Bakıya gəlir

Türkmənistan xarici işlər nazirinin müavini bu gün Bakıya gəlir
# 13 noyabr 2008 08:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Sabah Bakıda keçiriləcək IV Enerji sammitində iştirak edəcək Türkmənistan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Türkmənistan prezidenti yanında Xəzər dənizi məsələləri üzrə dövlət müəssisəsinin sədri Xoşgəldi Babayev rəhbərlik edəcək. Bu barədə APA-ya Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib. Türkmənistan nümayəndə heyəti Azərbaycan paytaxtına bu gün gələcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR