Abdulla Gül: “Cənubi Qafqazda problemlərin həll olunması enerji sahəsində də əməkdaşlığı gücləndirə bilər”

Abdulla Gül: “Cənubi Qafqazda problemlərin həll olunması enerji sahəsində də əməkdaşlığı gücləndirə bilər”
# 14 noyabr 2008 11:08 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycanda səfərdə olan prezidenti Abdulla Gül Bakıda keçirilən IV Enerji Sammitindəki çıxışında deyib. Sammitdə iştirak edən ölkələr arasında enerji sahəsində əməkdaşlıq ənənələrinin olduğunu qeyd edən A. Gül indiyədək artıq bir neçə böyük enerji layihəsinin həyata keçirildiyini xatırladıb: “Düşünürəm ki, enerji sahəsindəki bu işbirliyi təhlükəsizdir. Biz Güney Qafqazda yüz illər boyunca birlikdə və yan-yana yaşayan xalqlar arasında qarşılıqlı güvənin olduğuna və mövcud problemlərin həllini tapacağına inanırıq. Bu problemlərin həll olunması enerji sahəsində də əməkdaşlığı gücləndirə bilər”.

“Nabucco” layihəsinə toxunan Türkiyə prezidenti bu layihənin həyata keçirilməsinin daha çox qaz tədarükü ilə bağlı olduğunu qeyd edib: “Bundan sonrakı illərdə Özbəkistan qazının da cənub dəhlizi üzərində Avropaya nəql ediləcəyinə inanırıq. Biz fikirləşirik ki, gələcəkdə İraq və İran qazı da dövriyyəyə girəcək, enerji sahəsində əməkdaşlığın çevrəsi bir az da genişlənəcək. Misir, Suriya və Türkiyə xəttinin yaradılmasında artıq ciddi irəliləyişlər var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR