Serj Sərkisyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Serj Sərkisyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
# 17 noyabr 2008 12:46 (UTC +04:00)
İrəvan-APA. Ermənistan prezidenti Serj Sərkisyan İrəvanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov, Bernar Fasie və Metyu Brayzanı, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib. APA-nın “Novosti-Armeniya” saytına istinadən yaydığı məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların hazırkı mərhələsi müzakirə olunub. Həmsədrlər Bakıda keçirdikləri görüşlərin nəticələri barədə Ermənistan prezidentini məlumatlandırıblar. Danışıqlarda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR