Səfir: “Regional və beynəlxalq məsələlərlə bağlı Azərbaycanla Pakistanın mövqeləri üst-üstə düşür”

Səfir: “Regional və beynəlxalq məsələlərlə  bağlı Azərbaycanla Pakistanın mövqeləri üst-üstə düşür”
# 18 noyabr 2008 07:46 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA “Regional və beynəlxalq məsələlərdə Azərbaycanla Pakistanın mövqeləri üst-üstə düşür”. APA-nın Naxçıvan bürosunun məlumatına görə, bu fikirləri Naxçıvan Muxtar Respublikasında səfərdə olan Pakistan Respublikasının Azərbaycandakı səfiri Əbdül Həmid Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşündə bildirib. Dağlıq Qarabağ probleminin BMT-nin qəbul etdiyi qətnamələr, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün ölkəsinin həmişə Azərbaycana dəstək verdiyini xatırladan səfir diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün səyini əsirgəməyəcəyini bildirib. Vasif Talıbov Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu qeyd edərək hər iki ölkə arasında dostluq münasibətlərini olduğunu vurğulayıb.
Səfir Naxçıvan MR-ə tanışlıq məqsədilə etdiyi səfər çərçivəsində üç gün müddətində tarixi yerlər və sənaye sahələri ilə tanış olacaq, bölgələrə gedəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR