ABŞ dövlət katibinin köməkçisi Devid Kramerin Azərbaycana səfəri başlayıb

ABŞ dövlət katibinin köməkçisi Devid Kramerin Azərbaycana səfəri başlayıb
# 18 noyabr 2008 09:19 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, noyabrın 19-dək davam edəcək səfər başlanğıcı Azərbaycan prezidenti İlham Əliyev və ABŞ tərəfindən qoyulmuş bir sıra dialoqun davamıdır. D. Kramer yüksək dövlət, siyasi və vətəndaş cəmiyyətinin nümayəndələri ilə geniş səpkidə müzakirələr aparacaq. Müzakirələrdə insan haqları, mətbuat, din və sərbəst toplaşma azadlıqları məsələlərinə xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, D. Kramer sonuncu dəfə bu ilin iyununda Bakıya səfər edib.

Xatırladaq ki, cənab Kramer ötən ilin martında ABŞ-ın dövlət katibinin köməkçisi vəzifəsinə təyin olunub. Bundan əvvəl isə dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini olub. O, Rusiya, Ukrayna, Moldova və Belarusla əlaqələrə cavabdehlik daşıyıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR