Azərbaycan prezidenti İsveçin məşğulluq nazirini qəbul edib

Azərbaycan prezidenti İsveçin məşğulluq nazirini qəbul edib
# 18 noyabr 2008 12:32 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün İsveçin məşğulluq naziri Sven Otto Littorinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Prezident Azərbaycanın İsveçdə səfirliyinin açılmasını əlaqələrin genişlənməsinə xidmət edəcəyini bildirib. Dövlət başçısı müvafiq sahələrdə birgə fəaliyyət və səmərəli əməkdaşlıq baxımından bu səfərin faydalı olduğunu qeyd edib.

Öz növbəsində, qonaq Azərbaycanda gedən sürətli inkişaf proseslərindən danışıb, Bakının çox gözəl şəhər olduğunu xüsusi vurğulayıb. Azərbaycanın İsveçdə səfirliyinin açılmasını yüksək dəyərləndirən S. O. Littori bunun ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətli olacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR