ABŞ-ın İKT-dəki nümayəndəsi: “Azərbaycan dini tolerantlığın səviyyəsi ilə fəxr edə bilər”

ABŞ-ın İKT-dəki nümayəndəsi: “Azərbaycan dini tolerantlığın səviyyəsi ilə fəxr edə bilər”
# 21 noyabr 2008 10:39 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. ABŞ-ın İslam Konfransı Təşkilatındakı nümayəndəsi, səfir Sado Kamber Azərbaycanda səfərdədir. Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, tanışlıq məqsədi daşıyan səfər çərçivəsində o bu gün Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb. S. Kamber Azərbaycandakı dini durumla maraqlanıb.

A. Paşazadə qonağa Azərbaycandakı dini durum, tolerantlığın səviyyəsi haqqında məlumat verib.

Görüşdən sonra jurnalistlərə açıqlama verən S. Kamber Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu bildirib: “Azərbaycanda dinlərarası və mədəniyyətlərarası münasibətlər qənaətbəxş səviyyədədir. Ölkəniz dini tolerantlığın səviyyəsi ilə fəxr edə bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR