USAİD-in Administratoru Henrietta H. Forun Azərbaycana səfəri başlayıb

USAİD-in Administratoru Henrietta H. Forun Azərbaycana səfəri başlayıb
# 24 noyabr 2008 08:13 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumata görə, noyabrın 26-dək davam edəcək səfər zamanı Hanrietta H. For maliyyə, iqtisadi inkişaf və ətraf mühit sahələrində ABŞ-Azərbaycan əməkdaşlığını müzakirə etmək üçün yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşlər keçirəcək. Hökumətlərarası ikitərəfli görüşlərdən başqa o, yerli və beynəlxalq biznes şirkətlərinin rəhbərləri ilə də görüşəcək.

Administrator, həmçinin, USAİD-in maliyyələşdirdiyi əsas layihələrə baxış keçirəcək və Bakıda layihə icraçıları və faydalananlarla görüşmək imkanı əldə edəcək.

Qeyd edək ki, Henrietta H. Forun bu vəzifəyə namizədliyi prezident Buş tərəfindən 7 may 2007-ci il tarixdə irəli sürülüb və ABŞ Senatı tərəfindən USAİD-ın yeni Administratoru kimi 14 noyabr 2007-ci il tarixdə təsdiq edilib. Bu qisimdə xanım For həm də ABŞ-ın dövlət katibi Kondoliza Rays tərəfindən ABŞ-ın Beynəlxalq Yardım Məsələləri üzrə Direktoru vəzifəsinə təyin edilib. USAİD-ın ilk qadın Administratoru kimi o, ABŞ-ın Beynəlxalq Yardım Məsələlərinin idarə edilməsi, o cümlədən təbii fəlakətlərdən əziyyət çəkən, yoxsulluqla mübarizə aparan və demokratik islahatları həyata keçirən ölkələrə yardım göstərilməsi üçün məsuldur.

Onun rəhbərliyi altında təxminən 8000 işçi çalışır və onların 75 faizindən çoxu USAİD təşkilatının xarici ölkələrindəki idarələrində çalışır.

USAİD-in Administratoru vəzifəsinə təyin edilməzdən əvvəl 2005-ci ilin avqustundan başlayaraq, o, birbaşa dövlət katibinin İdarəetmə məsələləri üzrə müavini vəzifəsində çalışıb. Bu vəzifəyə təyin edilməzdən əvvəl isə xanım For 2001-ci ilin avqust ayından 2005-ci ilin avqust ayınadək ABŞ Xəzinədarlığının Zərbxanasının 37-ci direktoru vəzifəsində işləyib. Bundan başqa, xanım For 1989-1993-cü illərdə əvvəlcə Prezident tərəfindən USAİD təşkilatında Administratorun özəl müəssisələr üzrə köməkçisi və sonradan Administratorun Asiya məsələləri üzrə müavini vəzifələrinə təyin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR