Səfir: “Azərbaycanla İran arasında mal dövriyyəsinin həcmi 1 milyard dollara çatdırılacaq”

Səfir: “Azərbaycanla İran arasında mal dövriyyəsinin həcmi 1 milyard dollara çatdırılacaq”
# 25 noyabr 2008 08:21 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanla İran arasında mal dövriyyəsinin həcmi 800 milyon dollar təşkil edir. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov İranın İRİB agentliyinə verdiyi müsahibədə bildirib. Səfir bəyan edib ki, bu rəqəm tərəfləri qane etmir, çünki ölkələrin böyük iqtisadi potensialı var, onları birləşdirən tarixi, mədəni, coğrafi əlaqələr iki ölkə arasında hərtərəfli əlaqələrin möhkəmlənməsini tələb edir.

Səfir, həmçinin, bildirib ki, iki ölkə arasında mal dövriyyəsinin gələn il 1 milyard dollara çatdırılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR