Rauf Qurbanov Rusiya Kommunist Partiyasının qurultayında iştirak etmək üçün Moskvaya gedib

Rauf Qurbanov Rusiya Kommunist Partiyasının qurultayında iştirak etmək üçün Moskvaya gedib
# 28 noyabr 2008 08:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov Moskvaya səfər edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, AKP sədri Rusiya Federasiyası Kommunist Partiyası (RFKP) Mərkəzi Komitəsinin rəsmi dəvəti ilə bu partiyanın noyabrın 29-30-da keçiriləcək qurultayında iştirak edəcək. İlk dəfə olaraq, RFKP qurultayına Avropa Şurası Parlament Assambleyası və Avropa İttifaqı Parlamentinin sol fraksiyalarının, Dünya Həmkarlar Təşkilatının, Dünya Qadınlar İttifaqının və Dünya Sülh Təşkilatının rəhbərləri də dəvət olunub.

Səfər çərçivəsində AKP sədrinin qurultaya dəvət olunmuş bir sıra qonaqlarla, o cümlədən Rusiya kommunistlərinin lideri Gennadi Zuqanovla görüşü olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR