Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri arasında üçtərəfli görüş keçirilib

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri arasında üçtərəfli görüş keçirilib
# 29 noyabr 2008 11:20 (UTC +04:00)
APA-nın xəbərinə görə, Q. Berdiməhəmmədov qonaqlara bu səfərə görə təşəkkürünü bildirib.

Türkiyə prezidenti Abdulla Gül üç ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin birgə görüşünün əhəmiyyətini vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyev üç qardaş ölkənin prezidentlərinin ilk dəfə üçtərəfli görüş keçirdiklərini vurğulayıb: “Bu görüşə çox böyük əhəmiyyət verirəm. Əminəm ki, görüşün nəticələri uğurlu olacaq. Bizim aramızda dostluq, qardaşlıq əlaqələrinin möhkəmlənməsi üçün də bu görüşün çox gözəl nəticələri olacaq”.
Azərbaycan prezidenti deyib ki, Türkiyə, Azərbaycan və Türkmənistanı ortaq tarix, dil, müştərək mədəni köklər birləşdirir.
Ölkə başçısı Türkmənistana rəsmi səfərinin də çox uğurlu keçdiyini söyləyərək, mühüm razılaşmalar əldə edildiyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR