Elmar Məmmədyarov Gürcüstana səfərə gedib
01 aprel 2009 12:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfərə yola düşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin birinci katibi Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, səfər aprelin 1-dən 3-nə kimi davam edəcək. Diplomatın sözlərinə görə, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzenin dəvəti ilə həyata keçiriləcək səfər zamanı Azərbaycan-Gürcüstan əməkdaşlığın bütün sahələri üzrə müzakirələr aparılacaq, beynəlxalq və regional məsələlər, birgə layihələrin realizə olunması müzakirə olunacaq. Səfər zamanı E. Məmmədyarov həmkarı Qriqol Vaşadze, prezident Mixail Saakaşvili və baş nazir Nika Qilauri ilə görüşəcək. Qeyd edək ki E. Məmmədyarovun səfəri cavab xarakterli səfərdir, Q.Vaşadze keçən il dekabrın 22-də Azərbaycanda rəsmi səfərdə olub.
Xarici siyasət
Səfirlik: ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb
11:56
11 sentyabr 2024
XİN: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur
19:12
10 sentyabr 2024
Azərbaycan XİN Paşinyana cavab verib
19:07
10 sentyabr 2024
Ceyhun Bayramov Küveytin diplomatik fəaliyyəti başa çatan səfirini qəbul edib
18:25
10 sentyabr 2024