AKP millət vəkili Vahid Ərdəm: “Azərbaycan Türkiyə üçün müstəsna ölkədir”

AKP millət vəkili Vahid Ərdəm: “Azərbaycan Türkiyə üçün müstəsna ölkədir”
# 01 aprel 2009 13:44 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. “Türkiyə qonşu ölkələri ilə münasibətlərinin normallaşmasını arzu edir. Ancaq Ermənistanla münasibətlərin normallaşması fərqli bir məsələdir”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, parlamentin NATO Komissiyasının sədri Vahid Ərdəm deyib. ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfəri zamanı Ermənistanla sərhədlərin açılması məsələsinin də gündəmə gələcəyinə dair xəbərləri şərh edən V. Ərdəm Azərbaycanın Türkiyə üçün müstəsna ölkə olduğunu bildirib: “Biz Azərbaycanı fərqli ölkə kimi görmürük. Azərbaycanın mənafeyi Türkiyənin də mənafeyidir. Azərbaycanı narahat edəcək hər hansı məsələnin Türkiyənin gündəminə gələ biləcəyini düşünmürəm. Mən NATO-nun 60 illiyi ilə əlaqədar məqalə yazıram. Sovet İttifaqının dağılmasından sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, ondan sonra Balkandakı kütləvi qətllər və 11 sentyabr terrorundan sonra dünya böyük təhdidlərlə qarşı-qarşıya qalıb. Məqaləmdə Azərbaycanı baş tərəfə qoymuşam. Biz iki qardaş ölkə kimi xalqlarımızın rifah səviyyəsini yüksəltməli və demokratiyamızı inkişaf etdirməliyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR