Xələf Xələfov Çinin Azərbaycandakı yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Xələf Xələfov Çinin Azərbaycandakı yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
# 02 aprel 2009 09:43 (UTC +04:00)
Bakı-APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Çjan Yannyanın etimadnaməsinin surətini qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı ikitərəfli siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişaf səviyyəsindən razılıq ifadə olunub. Tərəflər, ölkələrin suverenliyi və ərazi bütövlüyündə hörmətə əsaslanan Azərbaycan-Çin əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi əzmində olduqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR