Prezident İlham Əliyev Rusiya, Bolqarıstan, Çin və Mərakeşin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

Prezident İlham Əliyev Rusiya, Bolqarıstan, Çin və Mərakeşin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib
# 02 aprel 2009 15:49 (UTC +04:00)
Bakı - APA. Prezident İlham Əliyev aprelin 2-də Rusiyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinin etimadnaməsini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezident İ. Əliyev ölkələr arasında ikitərəfli münasibətlərin dinamik və səmərəli şəkildə inkişaf etdiyini bildirib. Dövlət başçısı qarşılıqlı münasibətlərin strateji əməkdaşlıq xarakteri daşıdığını, bu əməkdaşlığın möhkəm tarixi əlaqələrə söykəndiyini vurğulayıb, ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini söyləyib.

V. Doroxin səfir kimi fəaliyyəti dövründə qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Prezident İ. Əliyev bu gün Bolqarıstan, Çin və Mərakeşin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Vasil Todorov Kalinov, Can Yannyan və Həsən Haminin də etimadnamələrini qəbul edib. Dövlət başçısı yeni təyinatı münasibətilə diplomatları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Səfirlər ölkələri ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR