Metyu Brayza: “Bakıya səfərimdə məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirməkdir”

Metyu Brayza: “Bakıya səfərimdə məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirməkdir”
# 03 aprel 2009 17:00 (UTC +04:00)
APA-nın xəbərinə görə, Azərbaycana səfərinin yekunları haqqında danışan M. Brayza prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, xarici işlər nazirinin müavini Araz Əzimov, yanacaq və energetika naziri Natiq Əliyevlə konstruktiv görüşlər keçirdiyini deyib. O, görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də təhlükəsizlik və enerji məsələlərinin müzakirə olunduğunu söyləyib. M. Brayza bildirib ki, Bakıya dünyada dəyişikliklərin baş verdiyi bir dövrdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirmək üçün gəlib. O, bölgədə önəmli yerə malik Türkiyənin bu məsələdə vacib rol oynadığını vurğulayıb: “Mən ümid edirəm ki, Türkiyə bu məsələdə bizə kömək edəcək. Hesab edirəm ki, müəyyən məsələlər – həm Dağlıq Qarabağ məsələsinin həllində irəliləyiş, həm də Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması eyni anda baş verməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR