Elmar Məmmədyarov Piter Semnebini qəbul edib

Elmar Məmmədyarov Piter Semnebini qəbul edib
# 06 aprel 2009 17:07 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı tərəflər Aİ-i ilə Azərbaycan arasındakı əməkdaşlığın cari vəziyyəti, “Şərq Tərəfdaşlığı” təşəbbüsü, regional sabitlik, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar. “Şərq Tərəfdaşlığı” təşəbbüsünə münasibətdə E. Məmmədyarov Azərbaycanın Avropaya inteqrasiya yolunu tutduğunu və təklif olunun proqramın ölkə üçün vacib olduğunu bildirərək bunun ölkəmizin Aİ ilə təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə əməkdaşlığa töhfə verəcəyini vurğulayıb. Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir danışıqlar prosesi barədə məlumat verərək, Aİ-nın Ermənistan tərəfini danışıqlarda konstruktiv mövqe tutmağa sövq etməyin vacibliyini diqqətə çatdırıb, status-kvo vəziyyətinin qəbul olunmazlığını bildirərək beynəlxalq hüquq norma və prinsipləri əsasında ölkəmizin ərazi bütövlüyünün tez bir zamanda bərpa edilməsinin vacibliyini avropalı qonağın nəzərinə çatdırıb.
.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR