Bernar Fasie: “Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü mayın əvvəllərinə planlaşdırılır”

Bernar Fasie: “Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü mayın əvvəllərinə planlaşdırılır”
# 06 aprel 2009 17:55 (UTC +04:00)
O Bakıya səfər etməkdə məqsədinin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşmək olduğunu bildirib: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü mayın əvvəllərinə planlaşdırılıb. Danışıqlar prosesi çox yüksək temp götürüb. Həmsədrlər regiona tez-tez səfər edirlər, bu səfərlər tərəflər arasında qarşılıqlı anlaşmaya nail olmaq nöqteyi-nəzərindən çox vacibdir. Qarşılıqlı anlaşmaya dərhal nail olmaq mümkün deyil. Bəzən diskussiyalar uzanır və qarşılıqlı anlaşma əldə etmək üçün iki-üç dəfə görüşmək lazım gəlir”.

Bernar Fasie həmsədrlərin regiona tək-tək səfər etməsini həmkarlarının iş qrafiklərindəki uyğunsuzluqla izah edib. O həmsədrləri aprelin 20-22-də tam heyətdə regiona yenidən səfər edəcəklərini də bildirib. Bernar Fasie Türkiyə-Ermənistan sərhədlərinin açılması və Vyanada çıxışına dair sualları şərh etmək istəməyib: “Sərhədlərin açılması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması iki fərqli danışıqlar prosesidir və bu məsələyə şərh vermək istəməzdim. Forumdakı çıxışa gəldikdə isə bu kimi seminarlarda jurnalistlər iştirak etmirlər. Belə tədbirlər qeyri-hökumət təşkilatlarının iştirakı ilə bağlı qapılar arxasında keçirilir və oradan verilən informasiyalar o qədər dəqiq ola bilməz. Çünki informasiyalar, ikinci, bəzən isə üçüncü əldən mediaya sızır. ATƏT-in Minsk Qrupunun həmsədrləri Vyanada keçirilən forumda yeni heç bir söz deməyiblər”.

Bernar Fasie Dağlıq Qarabağ münaqişəsi kimi konfliktin nizamlanmasının kifayət qədər çətin proses olduğunu deyib: “Mediada bu prosesi daha çətinləşdirməməyi xahiş edirəm. Məsələn ötən il BMT-dəki məlum səsvermədən sonra çoxları bizi düşmən qismində təqdim edirdi. Lakin bizə Azərbaycanın və Ermənistanın dostlarıyıq və gördüyümüz işlər bölgədə sülhə nail olmağa xidmət edir. Sülhə xidmət edir, jurnalistlər üçün süni mübahisə mövzusuna deyil”. Bernar Fasie bütün sualları sabah Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirəcəyi mətbuat konfransında cavab verəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR