“Özkaya Group” şirkətinin prezidenti: “Türkiyə-Ermənistan sərhədlərini açmaq istəyənlərin əməlləri xəyanət kimi qiymətləndirilməlidir”

“Özkaya Group” şirkətinin prezidenti: “Türkiyə-Ermənistan sərhədlərini açmaq istəyənlərin əməlləri xəyanət kimi qiymətləndirilməlidir”
# 09 aprel 2009 14:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Son günlər artıq bütün dünyanın diqqətini özünə yönəldən Türkiyə-Ermənistan sərhədlərinin açılacağı haqda mediada dolaşan fikirlər hər bir türk kimi məni də ciddi narahat etməkdədir”. Bu proses aprelin 6-7-də Türkiyədə keçirilən “Mədəniyyətlər İttifaqı” adlı zirvə toplantısından sonra isə daha da geniş vüsət almaqla, tədbirin əsl mahiyyətini ikinci plana keçirmiş oldu. Eyni zamanda ayrı-ayrı ölkələrin liderlərinin Türkiyəyə gəlişinin sanki sərhədlərin açılması ilə bağlı olduğu təəssüratını yaratdı”. Bu sözlər “Özkaya Group” şirkətinin prezidenti, Türk Sənayeçi İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) İdarə Heyətinin üzvü Osman Gezekerin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz bəyanatındadır. APA-ya daxil olan bəyanatda bir iş adamı olmazdan öncə bir Türk olduğunu və hər bir Türk kimi Türklüyü ilə qürur duyduğunu qeyd edən O. Gezeker ermənilərin tarix boyu Türkə qarşı məhz düşünərək törətdiyi faciə xarakterli cinayətlər haqda həm oxuduğunu, həm də yaşlı insanlardan eşitdiyini bildirib: “1905, 1915, 1918 və hələlik son hesab edilən 1988-ci ildən günümüzə qədər davam edən erməni vəhşiliyini hansısa siyasət naminə unutdurmağa çalışmaq, yaddaşlardan silməyə cəhd etmək nəinki Türkiyə Türklərinə, bütün Türk dünyasına qarşı durmaq deməkdir. Türkiyə Türkləri dilimiz, dinimiz, soy-kökümüz bir olan qardaşlarımızı - Azərbaycan Türklərini özlərindən heç zaman ayrı bilməmiş, hər iki dövlətin vətəndaşları sevinclərini və kədərlərini birlikdə bölüşmüşlər. Ötən əsrin əvvəllərində erməni daşnakları tərəfindən törədilmiş, tarixə 31 Mart qırğını kimi düşən soyqırımda 30 min Azəri Türkünü qətlə yetirmiş, Türkiyənin şərqini ilhaq etməyi qarşılarına məqsəd qoymuş və məqsədlərinə çatmaq üçün müqəddəs Türk torpağını qan gölünə çevirən erməni vandallarının törəmələrinin bu gün Türkiyəyə maneəsiz gediş-gəlişlərini təmin etmək istəyənlərin əməlləri hər bir Türk kimi məni də ciddi narahat edir. Bu addımı atmaq istəyənlərin əməlləri Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi xəttinə xəyanət kimi qiymətləndirilməlidir”.

Bəyanat bu sözlərlə bitir: “Mən - “Özkaya Group” şirkətinin prezidenti, TÜSİAB İH-nin üzvü Osman Gezeker bəyan edirəm:
- Türkiyə-Ermənistan sərhədlərinin nəinki açılması, hətta bu məsələnin müzakirə predmeti olacağı təqdirdə hər bir sadə Türk kimi daim canımız Azərbaycanla və Azəri Türkləri ilə birlikdə olacam və ikinci vətənim hesab olunan Azərbaycanımın mövqeyini hər şeydən uca tutacam”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR