Bakıda Şevçenko adına Kiyev Milli Universitetinin filialı açılacaq

Bakıda Şevçenko adına Kiyev Milli Universitetinin filialı açılacaq
# 10 aprel 2009 11:58 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu il Bakıda Taras Şevçenko adına Kiyev Milli Universitetinin filialının açılacağı gözlənilir. APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Ukrayna prezidenti Viktor Yuşşenko deyib. Prezident bildirib ki, onu müşayiət edən nümayəndə heyətinin tərkibində Kiyev Milli Universitetinin rektoru Leonid Quberski də var: “Azərbaycanda Şevçenko adına universitetin filialının açılması barədə prezident İlham Əliyevlə prinsipial razılıq əldə edilib. Filialın bu il açılması üçün texniki məsələlər həll olunmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR