Azərbaycanın QHT rəhbərlərindən ibarət nümayəndə heyəti Türkiyə parlamentinin spikeri Köksal Toptanla görüşüb

Azərbaycanın QHT rəhbərlərindən ibarət nümayəndə heyəti Türkiyə parlamentinin spikeri Köksal Toptanla görüşüb
# 14 aprel 2009 10:03 (UTC +04:00)
Bakı-APA. Türkiyədə səfərdə olan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu gün Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanla görüşüb. Azəri-Türk Qadınlar Birliyindən APA-ya verilən məlumata görə, görüşdə son günlər iki ölkə arasında yaşanan hadisələrlə bağlı fikir mübadiləsi aparıb. Bu gün axşam isə Tənzilə Rüstəmxanlı “Avrasiya” telekanalında Azərbaycan-Türkiyə-Ermənistan münasibətləri ilə bağlı çıxış edəcək. Qeyd edək ki, səfərdə Tənzilə Rüstəmxanlı ilə birlikdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və
Milli QHT Forumunun prezidenti Rauf Zeyni də iştirak edir. Nümayəndə heyəti dünən Cümhuriyyət Xalq Partiyasının başqanı Dəniz Baykalla görüşüb, “Flash TV”də canlı yayında son günlər iki ölkə arasında yaşanan olaylarla bağlı proqramda iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR