Səfir Hulusi Kılıç: “Türkiyə və Azərbaycanın bu sınaqdan üzüağ çıxacağına inanıram”

Səfir Hulusi Kılıç: “Türkiyə və Azərbaycanın bu sınaqdan üzüağ çıxacağına inanıram”
# 15 aprel 2009 13:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Türkiyə və Azərbaycanın bu sınaqdan üzüağ çıxacağına inanıram. Heç bir siyasi bəyanat, prinsipsiz yanaşma Türkiyə və Azərbaycanın dostluq və qardaşlıq saflığına, möhkəmliyinə kölgə sala bilməyəcək”. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) APA-ya verilən məlumata görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç AHİK sədri Səttar Mehbalıyevlə görüşündə deyib. S. Mehbalıyev Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı xəbərlərin Azərbaycan ictimaiyyətini narahat etdiyini, bu addımın xalqda, ölkənin millətsevər insanlarında, siyasi partiya, ictimai təşkilat və həmkarlar ittifaqlarında haqlı narazılıq doğurduğunu söyləyib. O, AHİK adından Türkiyənin çoxmilyonlu həmkarlar ittifaqları mərkəzlərinə edilən müraciətə böyük ümidlər bəslədiyini bildirərək, onların öz hökumətlərini ağır nəticələrə səbəb ola biləcək addımlardan çəkindirə bilmələri üçün var qüvvələrini sərf edəcəklərinə inandığını vurğulayıb.

Öz növbəsində, səfir Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın işğal edilmiş torpaqları azad edilməyincə sərhədlərin açılması ilə bağlı hər hansı anlaşmanın müzakirə mövzusu olmayacağını bəyan etdiklərini xatırladıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR