Latviya “Nabucco”nu dəstəkləyir

Latviya “Nabucco”nu dəstəkləyir
# 17 aprel 2009 10:50 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Latviya Avropaya müxtəlif yollarla, o cümlədən “Nabucco” və Odessa-Brodı kəmərləri ilə enerji ehtiyatlarının nəqlinə pozitiv yanaşır. APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Latviyanın xarici işlər naziri Maris Riekstinş deyib. O bildirib ki, A vropa Birliyinin enerji siyasəti məhz enerji mənbələrinin və nəql marşrutlarının müxtəlifləşdirilməsinə yönəlib.

Nazir Azərbaycandan turistləri qəbul etməyə hazır olduqlarını da söyləyib: “Hesab edirəm ki, turizm obyektlərimizin təklif etdiyi qiymətlər azərbaycanlı turistlərdə maraq doğura bilər”. M. Riekstinş əlavə edib ki, Bakı-Riqa birbaşa təyyarə reysi də turizmin inkişafına yardımçı ola bilər: “Hökumətimiz turizmin inkişafı üçün həm hüquqi, həm də logistik baza yaradıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR