Səməd Seyidov: “Yaz sessiyasında AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinə sədr seçilməyəcək”

Səməd Seyidov: “Yaz sessiyasında AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinə sədr seçilməyəcək”
# 20 aprel 2009 10:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin sədri vəzifəsinə təyinat olmayacaq. Bunu APA-ya açıqlamasında Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, alt komitəyə sədr seçilməsi məsələsi öncə AŞ PA Bürosu səviyyəsində müzakirə olunacaq. S. Seyidov Azərbaycan nümayəndə heyətinin sessiya çərçivəsində siyasi məhbuslarla bağlı yeni təyin olunmuş məruzəçi Kristof Ştrössellə görüşünün keçirilib-keçirilməyəcəyinin hələ bəlli olmadığını da söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR