Rəcəb Tayyib Ərdoğan 23 aprel münasibətilə dünya uşaqları ilə keçirdiyi görüşə azərbaycanlı uşaqla birlikdə gəlib

Rəcəb Tayyib Ərdoğan 23 aprel münasibətilə dünya uşaqları ilə keçirdiyi görüşə azərbaycanlı uşaqla birlikdə gəlib
# 21 aprel 2009 08:11 (UTC +04:00)
Ankara – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə dünyanın 60 ölkəsindən gələn uşaqları qəbul edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan görüşün keçirildiyi zala azərbaycanlı uşaq Əsmət Əsədullayeva ilə birlikdə daxil olub. Yerli media bunu Azərbaycana jest kimi qiymətləndirib. R. T. Ərdoğan çıxışında dünyanın heç bir yerində uşaqların ağlamasını istəmədiklərini vurğulayaraq Mustafa Kamal Atatürkün “Yurdda sülh, dünyada sülh” şüarının gerçəkləşməsi üçün çalışdıqlarını bildirib. Görüşdə iştirak edən fələstinli uşaq Samirə Masri “one minute” deyərək üzünü Türkiyənin baş nazirinə tutub: “Bütün fələstinlilər sizi çox sevir”.
Prezident Abdulla Gül də uşaqlarla görüşüb və onların hədiyyələrini qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR