İğdır valisi: “Ermənistanla sərhədlərin açılmasına hazırlıq görülməsi ilə bağlı Türkiyə hökuməti bizə heç bir təlimat verməyib” - EKSKLÜZİV

İğdır valisi: “Ermənistanla sərhədlərin açılmasına hazırlıq görülməsi ilə bağlı Türkiyə hökuməti bizə heç bir təlimat verməyib” - <font color=red>EKSKLÜZİV</font>
# 22 aprel 2009 08:51 (UTC +04:00)
Türkiyə-Ermənistan sərhədlərinin açılması və Əlican sərhəd-keçid məntəqəsində açılışa hazırlıqlarla bağlı məsləyə münasibət bildirən vali bildirib ki, son günlər həm Türkiyə, həm də Azərbaycan mediasında Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə xəbərlər yer almaqdadır: “Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bununla bağlı artıq mövqe bildirib. İğdırda Ermənistanla sərhədlərin açılmasına dair hazırlıq görülməsi üçün hökumət bizə heç bir təlimat verməyib. Ən azı vali olaraq mənim bu barədə məlumatım yoxdur. Sərhədlərin açılmasına dair məlumatları spekulyasiya xarakterli, ictimai rəy formalaşdırmağa yönəlik xəbərlər kimi dəyərləndirirəm”.

S. Karahisarlı Əlican sərhəd-keçid məntəqəsində açılışa hazırlıqlarla bağlı təmir işlərinin aparılması barədə məlumatlara da toxunub: “Sərhəd-keçid məntəqəsində Ermənistan tərəfdən cüzi hərəkətlilik var, orada bir-iki texnika müşahidə olunur. Buna əsasən də media orqanları Ermənistanda sərhədlərin açılmasına hazırlıq getdiyini yazır. Amma Ermənistan tərəfdə görünən texnika adi ekskavatorlardır. Ermənilər Araz çayından qum çıxarıb daşıyırlar. Onlar bunu uzun illərdir, edirlər. Hətta sərhəddəki protokol görüşmələrində biz dəfələrlə Ermənistan tərəfə iradımızı bildirmişik ki, Araz çayının dibindən qum laylarının məhv edilməsi, həm çayda ekoloji tarazlığı pozur, həm də çayın yatağını dəyişdirir. Sərhəd-keçid məntəqəsinin biz tərəfində isə heç bir iş görülmür. Əlican sərhəd-keçid məntəqəsində sonuncu dəfə təmir 10 ay əvvəl aparılıb. Biz təkcə Əlicanda deyil, digər məntəqələrimizi də müasir standartlara uyğun qurmaq istəyirik. Sərhəd-keçid məntəqələrinin yolları zaman keçdikcə korlanır, elektrik xətləri sıradan çıxır. Biz də valiliyin, bələdiyyənin imkanları hesabına bu problemlər həll etməyə çalışırıq. Amma əminliklə deyirəm ki, İğdırda sərhədlərin açılmasına, gömrük binasının tikilməsinə dair heç bir proqram, büdcə və fəaliyyət yoxdur”.

İğdırda bütün yolları ikitərəfli yola çevirdiklərini bildirən vali “Əlican sərhəd-keçid məntəqəsini açsaydıq, oranın da yolunu ikitərəfli edərdik” söyləyib.

S. Karahisarlı onu da qeyd edib ki, söylədikləri Ermənistanla sərhədlərin heç zaman açılmayacağı anlamına gəlmir: “Buna Türkiyə Böyük Millət Məclisi, hökumət və türk xalıq qərar verə bilər. Biz qonşu dövlətlərlə problem yaşamaq istəmirik. Amma Ermənistan qonşu dövlətlərlə problemlərini, Qarabağ problemini həll edərsə, Türkiyəyə dostluq əli uzadarsa, biz də Atatürkün dediyi kimi, “Yurdda sülh, cahanda sülh” prinsiplərinə əsaslanaraq, qonşularla yaxşı münasibətlər qurmaq istəyərik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR