ABŞ və Avropa Türkiyə-Ermənistan yaxınlaşmasına hər cür dəstək vəd edib

ABŞ və Avropa Türkiyə-Ermənistan yaxınlaşmasına hər cür dəstək vəd edib
# 24 aprel 2009 08:36 (UTC +04:00)
İrəvan – APA. ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə Ermənistan prezidenti Serj Sarkisyan arasında telefon danışığı olub. APA-nın xəbərinə görə, Ağ Evin mətbuat xidmətindən bildirilib ki, C. Bayden Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları alqışlayıb: “Vitse-prezident Sarkisyanın idarəçiliyindən heyranlığını dilə gətirərək ABŞ-ın bu prosesdə Ermənistan və Türkiyəyə hər cür dəstək verəcəyini bəyan edib”.
Avropa Birliyinin təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havyer Solana da Ermənistanla Türkiyə arasındakı münasibətlərin normallaşdırılması məqsədilə danışıqların çərçivəsinin müəyyənləşdirilməsini alqışlayaraq bunu Avropa üçün çox yaxşı xəbər adlandırıb: “Mən hər iki tərəfi razılaşdırılmış “yol xəritəsi” üzrə irəliləməyə və yaxın vaxtlarda münasibətləri normallaşdırmağa çağırıram”. H. Solana AB-nin bu prosesə dəstək verəcəyini də söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR