Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının ali komissarı Havyer Solana ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının ali komissarı Havyer Solana ilə görüşüb
# 29 aprel 2009 13:35 (UTC +04:00)
Brüssel. Viktoriya Dementyeva-APA. Brüsseldə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havyer Solana ilə görüşüb. APA-nın Brüsselə ezam edilmiş müxbirinin verdiyi məlumata görə, görüşdən sonra keçirilən mətbuat konfransında tərəflər energetika məsələləri, Cənub enerji dəhlizi, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müzakirə olunduğunu bildiriblər. Dövlət başçısı İlham Əliyev aparılan diskussiyaların Azərbaycan-Avropa İttifaqı münasibətlərinin irəli aparılması üçün yaxşı imkanlar yaratdığını deyib. Ali komissar isə çıxışında “Şərq Tərəfdaşlığı” proqramının da regionda vəziyyətə konstruktiv təsir göstərə biləcəyini vurğulayıb. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini alqışlayan Solana qeyd edib ki, bu addımın regionda digər münaqişələrin də həllinə müsbət təsir göstərəcəyinə ümidvardır. Ali komissar “Nabucco” layihəsinin də reallaşacağına əmin olduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR