Yaap de Hoop Sxeffer: “NATO Dağlıq Qarabağ probleminin suverenlik və ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır”

Yaap de Hoop Sxeffer: “NATO Dağlıq Qarabağ probleminin suverenlik və ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır”
# 29 aprel 2009 14:14 (UTC +04:00)
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri NATO-nun baş katibi Yaap de Hoop Sxeffer Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, 28 NATO ölkəsi Dağlıq Qarabağ probleminin həllinin suverenlik və ərazi bütövlüyü prinsipi əsasında tapılması fikrini müdafiə edir.

Prezidentin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, alyansın baş katibi Azərbaycanın NATO üçün regionda mühüm rol oynayan ölkə olduğunu bəyan edib: “NATO Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində birbaşa rol oynamasa da, hesab edir ki, münaqişənin həllində ərazi bütövlüyü prinsipi sual altına qoyulmamalıdır”.

NATO ilə tərəfdaşlığı yüksək qiymətləndirən və Azərbaycanın antiterror əməliyyatlarında fəal iştirak etdiyini vurğulayan prezident İlham Əliyev isə Azərbaycanın Əfqanıstandakı hərbçilərinin sayını artırdığını xatırladıb: “Biz Dağlıq Qarabağ münaqişəsində ərazi bütövlüyü prinsipinə əsaslanan qətiyyətli mövqe tutduğu üçün NATO-ya minnətdarıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR