Rusiya prezidenti Azərbaycan prezidentinə Bakıda baş vermiş faciə ilə bağlı başsağlığı verib

Rusiya prezidenti Azərbaycan prezidentinə Bakıda baş vermiş faciə ilə bağlı başsağlığı verib
# 30 aprel 2009 14:44 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan prezidenti İlham Əliyevə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı başsağlığı göndərib. APA-nın Rusiya prezidentinin rəsmi saytına istinadən məlumatına görə, teleqramda deyilir: «Aprelin 30-da Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciə məni sarsıdıb. Bu dəhşətli cinayətin qurbanlarının tələbə, gənc insanlar olması bizim ümumi kədərimizi artırır. Xahiş edirəm, həlak olanların qohumları və yaxınlarına dərin hüznlə başsağlığı, yaralılara tezliklə sağalmaq arzumu çatdırasınız”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR