Azərbaycan Xarici İşlər Nazirliyi “Euronews” kanalının rəhbərliyinə etiraz məktubu göndərib

Azərbaycan Xarici İşlər Nazirliyi “Euronews” kanalının rəhbərliyinə etiraz məktubu göndərib
# 01 dekabr 2009 14:26 (UTC +04:00)
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov verib. Onun sözlərinə görə, məktubda birtərəfli və qərəzli süjetlə bağlı qəti etiraz bildirilib: “Münaqişə ilə bağlı süjetdə hər iki tərəfin mövqeyi olmadığı üçün belə bir süjet jurnalistika standartlarından kənar bir süjet kimi qiymətləndirilə bilər. Orada tamamilə açıq formada birtərəfli mövqe nümayiş edilib. Məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinə məlumat verilib və səfirlik tərəfindən məsələni araşdırmaq üçün müvafiq tədbirlər həyata keçiriləcək”. Qeyd edək ki, «Euronews»un ofisi Fransanın Lion şəhərində yerləşir.

Diplomat həmçinin bildirib ki, telekanaldan məktuba cavab alınandan sonra və məsələyə aydınlıq gətiriləndən sonra Azərbaycan XİN-i məsələyə dair öz mövqeyini müəyyənləşdirəcək.

Xatırladaq ki, «Euronews» kanalında Dağlıq Qarabağla bağlı göstərilən süjetdə bu ərazi Azərbaycandan ayrılmış hissə kimi, separatist rejimin rəhbəri isə «Dağlıq Qarabağ Respublikasının prezidenti» kimi qələmə verilib. Münaqişə ilə bağlı heç bir Azərbaycan rəsmisinin mövqeyi öyrənilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR