Polşa və Finlandiya Avropa Birliyinin “Şərq tərəfdaşlığı” ölkələri ilə viza rejimini sadələşdirməsini istəyir

Polşa və Finlandiya Avropa Birliyinin “Şərq tərəfdaşlığı” ölkələri ilə viza rejimini sadələşdirməsini istəyir
# 01 dekabr 2009 15:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Polşa və Finlandiya Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrlə və Rusiya ilə viza rejimini liberallaşdırmasının tərəfdarıdır. APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu Varşavada keçirdikləri birgə mətbuat konfransında Polşa və Finlandiyanın xarici işlər nazirləri Radoslav Sikorski ilə Aleksandr Stubb deyiblər. R. Sikorski bildirib ki, Finlandiya və Polşa AB-yə üzv olmayan Şərqi Avropa ölkələrinin çoxsaylı vətəndaşlarına vizalar verir: “Biz Avropa Birliyinin viza siyasətinin liberallaşdırılmasının tərəfdarıyıq. Söhbət ondan gedir ki, qoy bu ölkələrin insanları Avropaya gəlib, demokratiya və azad bazarın nə olduğunu görsünlər. Bu, onların ölkələrinə xeyir verə birlər”.
A. Stubb da əlavə edib ki, “Şərq tərəfdaşlığı” ölkələri ilə viza siyasətinin liberallaşdırılması vacib məsələdir.

Xatırladaq ki, “Şərq tərəfdaşlığı” proqramında Azərbaycan da daxil olmaqla, 6 keçmiş sovet respublikası iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR