Əhməd Davudoğlu Azərbaycan xarici işlər nazirini Türkiyəyə rəsmi səfərə dəvət edib

Əhməd Davudoğlu Azərbaycan xarici işlər nazirini Türkiyəyə rəsmi səfərə dəvət edib
# 02 dekabr 2009 07:04 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin bütün istiqamətləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər, habelə, regional məsələləri, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, Əfqanıstan mövzularını müzakirə ediblər. Ə. Davudoğlu regionda sülh və təhlükəsizliyin təmini üçün Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının vacibliyini bildirib, yalnız Azərbaycanın əraziləri işğaldan azad olunduqdan sonra Türkiyə və Ermənistan arasında imzalanmış protokolların ratifikasiyasının və müvafiq olaraq onların icra edilməsinin mümkünlüyünü bildirib. Öz növbəsində, E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti və məsələyə münasibətdə ölkəmizin mövqeyi barədə məlumat verib.

Görüşün sonunda Ə. Davudoğlu azərbaycanlı həmkarını Türkiyəyə rəsmi səfərə dəvət edib. Dəvəti qəbul edən E. Məmmədyarov səfərin dekabr ayının ikinci yarısında həyata keçirilməsinin mümkünlüyünü bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR