Türkiyənin xarici işlər naziri: “Ölkələrin ərazi bütövlüyünə riayət olunması bütün nizamlanmaların əsasını təşkil edir”

Türkiyənin xarici işlər naziri: “Ölkələrin ərazi bütövlüyünə riayət olunması bütün nizamlanmaların əsasını təşkil edir”
# 02 dekabr 2009 09:29 (UTC +04:00)
APA-nın Afinaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ATƏT Xarici İşlər Nazirləri Şurasının bugünkü iclasındakı çıxışında deyib. Münaqişələrin müxtəlif səbəblərdən yarandığını qeyd edən Ə. Davudoğlu hər münaqişənin parametrinə xüsusi diqqətlə yanaşmağın vacibliyini söyləyib: “Lakin eyni zamanda, münaqişənin həlli prosesində ümumi beynəlxalq prinsiplərə də əsaslanmaq lazımdır. Ölkələrin ərazi bütövlüyünə riayət olunması bütün nizamlanmaların əsasını təşkil edir. Bu planda Türkiyənin ATƏT-in Minsk qrupuna dəstəyini ifadə etmək istərdim. Biz hər iki tərəfdən xahiş edirik ki, təcili nəticəyə nail olsunlar. Türkiyə hesab edir ki, münaqişənin həlli istiqamətində səylərin artırılması regionda möhkəm sülh və sabitliyə gətirib çıxaracaq, bu isə, öz növbəsində, ölkələr arasında qarşılıqlı yaxınlaşmanı gücləndirəcək”.

Ə. Davudoğlu münaqişənin nizamlanması prosesə təcrid olunmuş şəkildə yanaşmanın düzgün olmadığını da diqqətə çatdırıb: “2008-ci ildə Gürcüstanda baş verən müharibə göstərdi ki, “dondurulmuş” adlanan münaqişələr heç “dondurulmuş” deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR