ATƏT-ə sədrlik edən Yunanıstanın adından Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat yayılıb

ATƏT-ə sədrlik edən Yunanıstanın adından Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat yayılıb
# 02 dekabr 2009 18:40 (UTC +04:00)
APA-nın Afinaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların pozitiv dinamikası alqışlanır və tərəflər hamı tərəfindən qəbul olunan sülh müqaviləsinin ilkin variantını hazırlamağa səslənir: “Biz ATƏT-ə həmsədrlik edən ölkələrin xarici işlər nazirləri – Fransanın xarici işlər naziri Bernar Kuşner, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberqin, həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatını alqışlayır və tərəfləri danışıqların pozitiv dinamikasını davam etdirməyə çağırırıq. Biz, həmçinin onların Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Madrid sənədinə əsaslanan baza prinsiplərini müəyyənləşdirmək işini yekunlaşdırmaq barədə qərarını və dərhal bütün tərəfləri qane edəcək sülh sazişini hazırlamaq qərarını dəstəkləyirik”.

ATƏT-ə sədrlik edən Yunanıstanın adından qəbul olunan sənəddə həmçinin qalan məsələlərin həlli istiqamətində, əsasən də Helsinki Yekun Aktında öz əksini tapmış güc tətbiqindən imtina, ölkələrin ərazi bütövlüyü, xalqların bərabər hüquqluluğu və öz taleyini müəyyənləşdirmək prinsipləri əsasında tərəflərin razılığa gəlməsi üçün intensiv fəaliyyətə hazır olduqlarını bəyan ediblər: “Əminik ki, bu gün bütün regionda gələcək sülh, stabillik və çiçəklənmənin əsasının qoyulması üçün real imkanlar var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR