ABŞ Dövlət Departamenti: “Türkiyənin baş naziri ABŞ rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacaq”

ABŞ Dövlət Departamenti: “Türkiyənin baş naziri ABŞ rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacaq”
# 04 dekabr 2009 10:03 (UTC +04:00)
Bu barədə APA-nın Vaşinqtondakı müxbirinə ABŞ Dövlət Departamentindən məlumat verilib. Qeyd edək ki, Rəcəb Tayyip Ərdoğan gələn həftə Vaşinqtona səfər edəcək. O, dekabrın 7-də ABŞ prezidenti Barak Obama və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək.

“Obama administrasiyası əmin edir ki, cənab Ərdoğanla danışıqlarda mütləq Dağlıq Qarabağ məsələsinə toxunulacaq”. Vaşinqtonda yerləşən German Marşal Fondunun eksperti, Amerikanın Türkiyə üzrə tanınmış analitiklərindən olan Yan Lesser APA-ya açıqlamasında belə deyib. O, bildirib ki, ABŞ-ın Dağlıq Qarabağ məsələsində mövqeyi aydındır – Vaşinqton hazırkı sülh prosesini dəstəkləyir və prosesin iştirakçılarından biridir.

Ekspert deyib ki, Vaşinqton Ermənistan-Türkiyə yaxınlaşmasının digər aspektlərinin də həyata keçməsinin şahidi olmaq istəyir.

“Biz Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün göstərilən beynəlxalq səylərə var qüvvəmizlə qoşulmalıyıq”.

Cənab Lesser ABŞ Dövlət Departamentində dövlət katibinin siyasi planlaşdırma idarəsinin əməkdaşı olub. O, Cənubi Avropa, Türkiyə və 1994-1995 Yaxın Şərq sülh prosesinə dair məsələlərlə məşğul olub.

Analitik bildirir ki, İranın nüvə proqramı, Əfqanıstan və Türkiyə-Ermənistan yaxınlaşması da Türkiyə baş nazirinin ABŞ səfərində diqqət mərkəzində olacaq. PKK, Kipr və raketdən müdafiə sistemi kimi digər məsələlər də gündəliyə daxil edilib.

“İranla nüvə məsələsində konkret razılıq əldə olunmayıb. Bir çox təşəbbüslər irəli sürülüb, amma nəticə yoxdur. Türkiyədən də bəzi təkliflər gəlib. Vaşinqton Türkiyədən İranın nüvə proqramına sərt reaksiya verməyi tələb edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR