Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidəçiləri Azərbaycanda görüşlər keçirir

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidəçiləri Azərbaycanda görüşlər keçirir
# 07 dekabr 2009 09:56 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Dünən Azərbaycana səfərə gələn Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidəçiləri görüşlərə başlayıb. APA-nın məlumatına görə, bu gün nümayəndə heyəti qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilən dəyirmi masaya qatılıb. Bu gün Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti MSK sədri Məzahir Pənahovla görüşü planlaşdırılır. Sabah heyət Prezident Aparatında, Ədliyyə Nazirliyində görüşlər keçirəcək, müxalifət nümayəndələri ilə görüşəcək, bir sıra bələdiyyələrə baş çəkəcəklər. Xatırladaq ki, səfər tanışlıq xarakteri daşıyır. Heyət dekabrın 21-24-də yenidən Azərbaycana səfər edəcək və bələdiyyə seçkilərinin monitorinqini aparacaqlar. Nümayəndə heyətinə Türkiyə təmsilçisi Qayə Doğanoğlu rəhbərlik edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR