Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 8-də Brüsselə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 8-də Brüsselə səfər edəcək
# 07 dekabr 2009 10:09 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “27+6” formatında keçirilən görüş mayda Praqada “Şərq Tərəfdaşlığı” prqramı üzrə əməkdaşlıq sazişi imzalandıqdan sonra nazirlər səviyyəsində keçirilən ilk rəsmi görüşdür.

Xatırladaq ki, görüşdə Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək altı layihə müzakirə olunacaq. Bu layihələr inteqrasiya olunmuş sərhəd əməkdaşlığı proqramını, kiçik və orta müəssisələr üçün kreditlərin verilməsi proqramını, enerji layihələrini , nəqliyyat dəhlizlərinin inkişafını, ekoloji mövzuları və təbii fəlakətlərə qarşı birgə mübarizə sahələrini əhatə edir. Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramının məqsədi Avropa İttifaqının Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna və Moldova ilə yaxınlaşmasını təmin etməkdir. Praqada keçirilən imzalanma mərasimində hər il təşəbbüsə qoşulan ölkələrlə Avropa İttifaqı dövlətlərinin rəhbərlərinin sammiti keçirilməsi qərarlaşdırılıb. Bu il ilk belə sammit Praqada keçirilib, növbəti sammit gələn il baş tutacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR