Rəcəb Tayyip Ərdoğan: “Ermənistanla protokollar qeyd-şərtsiz imzalanıb, lakin parlamentə yalnız müəyyən şərtlər müqabilində çıxarılacaq”

Rəcəb Tayyip Ərdoğan: “Ermənistanla protokollar qeyd-şərtsiz imzalanıb, lakin parlamentə yalnız müəyyən şərtlər müqabilində çıxarılacaq”
# 08 dekabr 2009 08:32 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. Vaşinqtonda Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında görüş keçirilib. APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, görüş planlaşdırıldığından uzun çəkib. Heyətlərarası görüşdə Türkiyə hökumətinin bir sıra üzvləri, o cümlədən xarici işlər naziri Əhməd Davudoğlu da iştirak edib. Görüşdən sonra APA-nın Vaşinqton müxbirinə açıqlama verən Ərdoğan ABŞ prezidenti ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apardığını vurğulayıb: “Onun diqqətinə çatdırmağa çalışdım ki, Dağlıq Qarabağ münaqişəsi həll olmadan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması зətin olacaq. İzah elədim ki, regionda uzunmüddətli sülhə nail olmaq üçün həllini tapmayan bütün problemləri, o cümlədən münaqişələri həll etmək lazımdır. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunmasa regionda uzunmüddətli sülhə ümid bağlamaq olmaz”.
Ərdoğan bildirib ki, bir neçə il əvvəl Türkiyə özü də bu münaqişələrin mərkəzində olub, lakin indi Ankara sülh prosesini dəstəkləyir.
Görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyənin baş naziri Ermənistanla münasibətlərin normallaşması prosesini şərh edib. Erməni jurnalistin “Türkiyən nə üçün Ermənistanla münasibətləri normallaşdıracağına dair vədini yerinə yetirmir?” sualına cavab olaraq Ərdoğan bildirib ki, protokollar heз bir ilkin şərt irəli sürülmədən imzalanıb, amma bu protokollar parlamentin müzakirəsinə müəyyən şərtlər müqabilində çıxarılacaq: “Bu şərtlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir, çünki Türkiyə parlamenti bu məsələyə çox həssas yanaşır”.
Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların gələcək taleyi ilə bağlı APA-nın müxbirinin sualını cavablandıran baş nazir qeyd edib ki, nə o, nə də başqa şəxs parlamentə diktə etmək imkanına malik deyil: “Зьnki parlament müstəqil institutdur. Lakin yenə də qeyd edirəm ki, Dağlıq Qarabağ münaqişəsi Tьrkiyə parlamenti ьзьn son dərəcə həssas məsələdir”.
Rəcəb Tayyip Ərdoğan Vaşinqtona səfəri çərçivəsində “Nabucco” layihəsi, Kipr problemi, İranın nüvə proqramı, İsrail-Fələstin münaqişəsi, İraq, NATO və Əfqanıstan mövzularında müzakirələr apardığını deyib. İranın nüvə proqramı ilə bağlı sualı cavablandıran baş nazir bildirib ki, Türkiyə ABŞ-la İran arasında vasitəçilik etməyə hazırdır. O həmçinin ölkələrin nüvə silahına malik olmaq ideyasından imtina etməli olduğunu deyib. Əfqanıstandakı duruma toxunan Ərdoğan bildirib ki, Türkiyə hələlik bu ölkədəki sülhməramlı kontingentin sayını artırmağı planlaşdırmır.
Xatırladaq ki, Türkiyənin baş naziri ABŞ-a səfəri çərçivəsində SETA Vəqfinin Vaşinqtondakı ofisində görüş keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR