Azərbaycan prezidenti dekabrın 9-da Fransaya rəsmi səfərə gedir

Azərbaycan prezidenti dekabrın 9-da Fransaya rəsmi səfərə gedir
# 08 dekabr 2009 13:22 (UTC +04:00)
APA-nın Fransa səfirliyinin saytına istinadən yaydığı məlumata görə, Azərbaycan prezidentinin səfər proqramına xarici işlər naziri Bernar Kuşner, Milli Assambleyanın Sədri və Senatın Sədri ilə görüş daxildir. Fransa prezidenti Nikola Sarkozi Azərbaycan dövlət başçısının şərəfinə nahar verəcək. Azərbaycan prezidentinin Fransa xarici işlər naziri ilə görüşü zamanı beynəlxalq aktuallığa malik məsələlər, İranın nüvə proqramı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların vəziyyəti, ikitərəfli məsələlər müzakirə olunacaq. Səfər zamanı Azərbaycanla Fransa arasında diplomatik pasporta malik olan şəxslərin qısamüddətli səfərlər üçün vizadan qarşılıqlı azad edilməsi barədə saziş və vergi sahəsində texniki əməkdaşlıq üzrə saziş imzalanacaq. Xatırladaq ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin Fransaya sayca 8-ci səfəridir. Azərbaycan Fransanın Qafqazda birinci ticarət tərəfdaşı hesab olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR