Amerika Azərbaycanlıları Şəbəkəsi Obama-Ərdoğan görüşünün nəticələrini pozitiv dəyərləndirib

Amerika Azərbaycanlıları Şəbəkəsi Obama-Ərdoğan görüşünün nəticələrini pozitiv dəyərləndirib
# 08 dekabr 2009 17:35 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. Amerika Azərbaycanlıları Şəbəkəsi dünən Vaşinqtonda keçirilən Obama-Ərdoğan danışıqlarını pozitiv dəyərləndirib. AAŞ-dan APA-nın Vaşinqtondakı müxbirinə bildiriblər ki, iki lider arasındakı danışıqların nəticəsindən və onların ictimaiyyətə verdikləri məlumatlardan razı qalıblar: “Çünki onlar Ermənistan və Türkiyə arasındakı sərhədlərin açılışı ilə Dağlıq Qarabağ regionu da daxil olmaqla, Azərbaycanın işğal olunmuş ərazilərindən Erməni Silahlı Qüvvələrinin çıxarılmasının lazımlığı arasında bağlılığı bir daha qeyd ediblər”.

AAŞ bir daha qeyd edib ki, Türkiyə Erməni Silahlı Qüvvələrinin Azərbaycanın 20 faizini işğal etməsindən, 1991-1994-cü illərdə 800 min azərbaycanlının öz yurd-yuvalarından didərgin salaraq etnik təmizləmə aparmasından, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalından sonra BMT-nin Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini və ATƏT-in qərarlarını nəzərə alaraq, Ermənistanla sərhədlərini bağlayıb.

AAŞ qeyd edib ki, aparılan danışıqlar beynəlxalq ictimaiyyətə, xüsusilə də Türkiyə və ABŞ-a Ermənistan və Azərbaycan arasındakı Azərbaycanın Dağlıq Qarabağ regionu ilə əlaqədar 1992-ci ildən bəri aparılan ATƏT-in Minsk Qrupunun sülh danışıqlarını uğurlu nəticəyə gəlməsi üçün nadir imkan yaradır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR